Maskın şirkətində kütləvi ixtisarlar – Əməkdaşların yarısı işdən çıxır

Hazırda oxunan: Maskın şirkətində kütləvi ixtisarlar – Əməkdaşların yarısı işdən çıxır

104805

Tviter əməkdaşlarının yarısı işdən çıxmaqla bağlı qərar qəbul edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin sahibi İlon Mask son zamanlar tviterdə kütləvi ixtisarlara əl atıb.

Belə ki, Mask dünən gecə yarısı əməkdaşlarına elektron məktub göndərib. Elektron məktubun məzmunu Amerikanın "Vaşinqton Post" qəzetində çap olunub. 

Bildirilib ki, İlon Mask olduqca radikal addımlara əl atıb. İki həftədən çoxdur ki, platformaya sahib olan milyarder iş adamı şirkəti təhvil alan kimi tviterin heyətini tam olaraq dəyişməyi hədəfləyib. 
Bununla belə, tviterin bəzi yüksək səviyyəli rəhbərlərinin də istefa verdiyi bildirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin