İstanbulun İstiqlal küçəsində terror aktını törədən qadın terrorçu barədə yeni xəbər var.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın üzvü olan qadın terrorçu Əhlam Əlbəşirin dindirilməsinə başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO
O, dindirilmə zamanı bildirib ki, ona Türkiyədə terror aktı törətmək əmrini PKK-nın kod adı "Hacı" olan yüksək rütbəli zabiti verib. Əhlam Əlbəşirdən başqa cinayəti törətməkdə şübhəli bilinən 50 şəxsin də istintaq işi üzrə dindirilməsi davam etdirilir.
Bizim.Media