“Ümid edirik ki, Polşaya raket zərbəsi ilə bağlı araşdırma qərəzsiz aparılacaq” - Zaxarova

Hazırda oxunan: “Ümid edirik ki, Polşaya raket zərbəsi ilə bağlı araşdırma qərəzsiz aparılacaq” - Zaxarova

104784

Rusiya Xarici İşlər Nazirliyi Polşaya raket zərbəsi ilə bağlı araşdırmanın qərəzsiz aparılacağına ümid etdiyini bildirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında dilə gətirib.

O, bildirib ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 15-də Polşa ərazisində 2 nəfərin həyatını itirdiyi hadisədə Rusiyanın iştirakının olmadığı barədə artıq açıqlama verib.

Həmçinin, bəzi NATO-ya üzv ölkə və medianın Rusiyanın günahkar ola biləcəyinə ifrat reaksiyalar verdiyi qeyd edilib və Kiyev rəhbərliyinin də bütün fürsətlərdən istifadə edərək Rusiyanı günahlandırdığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin