İranın Xuzistan əyalətində baş verən terror aktında yaralananların sayı 15 nəfərə çatıb.
Bizim.Media-nın məlumatına görə, İranın Xuzestan əyalətinin İze bölgısində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb.
*** 22.10
İranın Xuzistan əyalətində terror aktı törədilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İranın Xuzestan əyalətinin İze bölgəsində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb.
Motosikletlə bir neçə nəfər insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb.
İndiyədək 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Bizim.Media