“Biz NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırıq” – Estoniya XİN 

Hazırda oxunan: “Biz NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırıq” – Estoniya XİN 

104571

Estoniya Xarici İşlər Nazirliyi Polşa ilə həmrəy olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO  


Paylaşımda bu fikirlər qeyd olunub: 

“Polşadan gələn son xəbərlər narahatlıq doğurur. Biz Polşa və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparırıq. Estoniya NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır. Biz yaxın müttəfiqimiz Polşa ilə tam həmrəyik”.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin