Polşaya düşən raketlə bağlı NATO-nun reaksiyası Varşava bəyanatında AÇIQLANACAQ 

Hazırda oxunan: Polşaya düşən raketlə bağlı NATO-nun reaksiyası Varşava bəyanatında AÇIQLANACAQ 

104570

NATO-nun Polşaya düşən raketlərlə bağlı insidentə reaksiyası birbaşa Varşavanın bəyanatlarından asılı olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a Avropa ölkələrindən birinin Brüsseldəki missiyasından diplomatik mənbə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO


Mənbədən verilən məlumata görə, bəyanatlar raketlərin mənşəyinin - Ukrayna hava hücumundan müdafiə raketləri, və ya Rusiyanın qanadlı raketləri müəyyən edilməsindən sonra təqdim ediləcək. 

“Brüssel hal-hazırda Polşanın öz ərazisinə iki raketin düşməsi ilə bağlı məsləhətləşmələrin aparılması yönündə  NATO-ya müraciətini gözləyir”, - deyə mənbədən bildirilib. 

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin