"NATO ərazisinin hər qarışı qorunmalıdır".
Bizim.Media xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda rəsmi “Twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ
“Bu axşam Polşadan ən azı iki partlayışla bağlı xəbərlər aldıq. Polşalı dostlarımızla sıx əlaqə saxlayırıq. Litva Polşanın yanındadır və həmrəylik nümayiş etdirir”,- deyə Polşa rəhbəri qeyd edib.
Gitanas Nauseda Ukraynaya dəstəyini nümayiş etdirmək üçün “Twitter” profilində Polşa-Ukrayna bayraqlarının fotosunu paylaşıb.
Qeyd edək ki, axşam saatlarında Rusiya Ordusu Ukrayna ərazisinə raket zərbələri endirərkən 2 raket ölkənin sərhədində yerləşən Polşanın Lubelski ərazisinə düşüb.
Bizim.Media