Rusiya Prezidenti Vladimir Putin Ukraynada ilhaq etdikləri bəzi şəhərlərlə bağlı tapşırıq verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya liderinin tapşırığı şəhərlərə titulların verməsi ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO
Belə ki, Putin Ukraynadan ilhaq edilən Melitopol və Mariupol şəhərlərini “Hərbi Şöhrət Şəhəri”, Luqansk və Horlivka isə “İgidlik şəhəri” adını verib.
Fərmanla Rusiyanın Həştərxan, Voloqda, Zlatoust, Kaspiysk, Norilsk, Orsk və Yakutsk şəhərlərinə də “Hərbi Şöhrət Şəhəri” titulları təqdim edilib. 45 şəhər isə “Hərbi Qələbə Şəhəri” adlandırılıb.
Qeyd edək ki, "Hərbi Şöhrət Şəhəri" adı Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) II Dünya Müharibəsində Almaniyaya qarşı mübarizəsində istifadə olunub.
Bizim.Media