BMT-nin İnsan Hüquqları Şurası "İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda xüsusi sessiya keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Şuranın bəyanatında bildirilir.
Qeyd olunur ki, iclas noyabrın 24-də Almaniya və İslandiyanıın müraciəti əsasında keçiriləcək.
Bu təşəbbüsü hazırda 44 dövlət dəstəkləyib.
Bizim.Media