Ağ Evdən İrana sərt MESAJ

Hazırda oxunan: Ağ Evdən İrana sərt MESAJ

104390

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan İranda etirazçıların hələ də təqib edilməsinə reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.

"İrandakı kütləvi həbslər, saxta məhkəmələr və öz xalqının əsas ləyaqətini və azadlığını sistematik şəkildə inkar edən hökumətə qarşı qanuni tələblər irəli sürən etirazçılar barəsində çıxarılan ölüm hökmləri ilə bağlı gələn xəbərlərdən dərin narahatıq" ,- Ağ Ev rəsmisi bildirib.
O, İranda işgəncələr və edamlar haqda məlumatlar aldıqlarını, dünyanın İranı izlədiyini və Tehran hökuməti tərəfindən insan haqlarının pozulmasının cavabsız qalmamalı olduğunu deyib.

Sallivan Birləşmiş Ştatların beynəlxalq müttəfiqləri ilə birgə bu təqiblərə görə İran rəsmilərini sanksiyalar və digər vasitələrlə məsuliyyətə cəlb etməyə davam edəcəyinə söz verib.

O deyib ki, Birləşmiş Ştatlar bazar ertəsi Aİ və Böyük Britaniyanın etirazçılara qarşı zorakılıq yolu ilə basqılarda əli olan İranın 29 şəxsi və üç qurumuna qarşı yeni sanksiyalarını alqışlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin