ABŞ-dan erməni şirkətlərinə SANKSİYA - SƏBƏB 

Hazırda oxunan: ABŞ-dan erməni şirkətlərinə SANKSİYA - SƏBƏB 

104352

ABŞ erməni şirkətlərinə sanksiya tətbiq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Departamenti məlumat yayıb. 

Dövlət Departamentinin məlumatına görə, buna səbəb şirkətlərin Rusiyanın hərbi sənayesinə yardım etməsi olub. 

Bildirilib ki, Rusiyanın elektronika istehsalı sektorunda fəaliyyət göstərən "Milur Electronics" MMC şirkəti qara siyahıya salınıb.

Bundan əlavə, Tayvanın "Sharp Edge Engineering Inc" və İsveçrənin "Milur SA" şirkətləri sanksiya siyahısına daxil edilib. 

Qeyd edək ki, daha əvvəl ABŞ Ermənistana məxsus "Milandr" şirkətinə sanksiya tətbiq edib.

Qeyd olunan hər üç şirkətin "Milandr" ilə əlaqəli olduğu məlum olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin