DSX rəisi Türkiyəyə başsağlığı verdi

Hazırda oxunan: DSX rəisi Türkiyəyə başsağlığı verdi

104311

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə tərəfinə başsağlığı verib. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, xidmət rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akara, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə, Quru Qoşunlarının Komandanı ordu generalı Musa Avseverə, Jandarma Baş Komandanı ordu generalı Arif Çetinə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: 
 
"Əziz Qardaşım! 

13 noyabr 2022-ci il tarixində İstanbul şəhərində törədilmiş xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbərini böyük kədər və sarsıntı hissi ilə qarşıladıq. 

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Dövlət Sərhəd Xidmətinin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin