Azər Xudiyev: " İran III Dünya müharibəsinin başlaması üçün risk mənbəyidir”

Hazırda oxunan: Azər Xudiyev: " İran III Dünya müharibəsinin başlaması üçün risk mənbəyidir”

104275

“Hazırda Cənubi Qafqazda geosiyasi turbulentliyin mənbəyi İrandır. Rəsmi Tehran regionda müsbət geosiyasi tendensiyaları məhv etməyə yönəlmiş səyləri ideoloji, diplomatik və maliyyə cəhətdən dəstəkləyir. Bunu konkret faktlar da təsdiq edir. İran bu dövr üçün əsasən üç istiqamətdə fəaliyyət göstərir ki, bu da Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqaz məkanının geosiyasi arxitekturasına tektonik təsir göstərir. İlk baxışdan bu, bir az qəribə görünə bilər. Amma qloballaşan dünyada sözügedən məsələ çox real faktdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukraynanın tanınmış TCH telekanalına müsahibəsində Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Ukrayna Maliyyə Nazirliyi yanında Maliyyə İdarəetmə Akademiyasının vitse-prezidenti Azər Xudiyev səsləndirib.

Onun sözlərinə görə, rəsmi Tehran Rusiyaya pilotsuz təyyarələr və raketlər satmaqla real olaraq Ukraynaya qarşı işğalçı müharibədə iştirak edir:

“Qarabağ münaqişəsində Ermənistana hər cür dəstək verən rəsmi Tehran Cənubi Qafqazda geosiyasi və hərbi sabitliyi pozmaqla rolunu oynayır”.

Ukrayna maliyyə nazirinin müşaviri hesab edir ki, İran Yaxın Şərqin bəzi ölkələrində (Suriya, Livan, İraq) özünün hərbiləşdirilmiş və terrorçu qruplaşmalarını saxlamaqla yanaşı, bu regionda stabilləşmə prosesinə maneə törədir, həmçinin PKK-nın tərkibində olan bəzi qrupları da maliyyələşdirir:

“Tehran son zamanlar Səudiyyə Ərəbistanını açıq şəkildə təhdid edir. İran hazırda regionda çox güclü dağıdıcı elementdir, Rusiyanın köməyi ilə nüvə silahı əldə edə bilsə, yeni təhlükələr və fəlakətlər mənbəyinə çevrilə bilər. Bütün bu əsassız və geosiyasi baxımdan qeyri-konstruktiv davranışlar müasir İranın bir dövlət kimi əsl simasını göstərir. Hazırda da konkret olaraq Ukrayna ilə bağlı oxşar siyasət yürüdür”.

Sabiq səfir vurğulayıb ki, İran işğalçının - Rusiyanın yanındadır, rəsmi Moskvaya  pilotsuz təyyarələr satır və bu dronları idarə etməyi öyrətmək üçün mütəxəssislərini göndərir.

Azər Xudiyevin fikrincə, bütün bu faktlar rəsmi Tehranın odla oynadığını sübut edir: “Qərb onun bu dağıdıcı hərəkətlərini bağışlamayacaq. Çünki qlobal təhlükəsizlik sisteminin son destabilizasiyası riski var. İranın siyasəti asanlıqla və tez bir zamanda yaxın bölgələrə yayıla bilən 3-cü Dünya müharibəsinin başlamasına səbəb ola bilər. Bu isə qlobal təhlükəsizliyə birbaşa təhdiddir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin