Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran hökumətinə işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib.
Bizim.Media-nın məlumatına görə, S.Heydərov jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub.
MÖVZU İLƏ BAĞLI:
DTX: İran xüsusi xidmət orqanlarının casus şəbəkəsi ifşa edildi - VİDEO
O, açıqlamasında DTX-nın peşəkarlığına diqqət çəkib:
"Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək".
Komitə sədrinin müavini söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil:
“Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”.
Bizim.Media