“Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış terror aktı kimi qiymətləndirilir”.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
MÖVZU İLƏ BAĞLI:
İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO
O, qeyd edib ki, İstanbulun mərkəzində İstiqlal küçəsindəki terror aktının qadın tərəfindən törədildiyi artıq müəyyənləşib:
"Bombanın qadın tərəfindən partladıldığı müəyyən edilib. Hadisə ilə bağlı müzakirələr, lazımi qiymətləndirmələr aparılır. İndiyədək 4-ü hadisə yerində olmaqla 6 nəfər ölüb. 81 nəfər yaralanıb. Hadisə yeri araşdırması davam edir".
Bizim.Media