Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində terror aktı baş verib.
Bizim.Media "sabah.com.tr"yə istinadən xəbər verir ki, partlayışda həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və azyaşlı qızı Ecrin də olub.
MÖVZU İLƏ BAĞLI:
İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO
Ailə və Sosial Xidmətlər Naziri Derya Yanık bildirib ki, Yusuf Meydan Adanada Uşaq Evləri Koordinasiya Mərkəzi İdarəsində çalışıb və ailəsi ilə İstanbula şəxsi məqsədlər üçün gəlib.
Qeyd edək ki, terror nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.
Bizim.Media