İsrail İranın aviabazasını bombaladı

Hazırda oxunan: İsrail İranın aviabazasını bombaladı

104180

İsrail ordusu Suriyanın Hums vilayətində yerləşən aviabazaya raket zərbələri endirib.  

Bizim.Media “SANA” agentliyinə istinadən xəbər verir ki, zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər isə yaralanıb.

Hərbi mənbələr “Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.  

Raketlərin bazada uçuş-enmə zolağına dəydiyi bildirilir. Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilib.
Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən Hizbullah qruplaşmasına silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin