"Bizimlə dost olmaq istəyən dövlətlər terrorçulara dəstəyi dayandırmalıdır" - Fəxrəddin Altun

Hazırda oxunan: "Bizimlə dost olmaq istəyən dövlətlər terrorçulara dəstəyi dayandırmalıdır" - Fəxrəddin Altun

104175

“Mülki əhalimizə qarşı terror hücumları bəzi ölkələrin terror qruplaşmalarına dəstəyinin birbaşa və dolayı nəticəsidir. Əgər onlar Türkiyə ilə dostluq istəyirlərsə, terrorçulara birbaşa və dolayı dəstək dərhal dayandırmalıdırlar”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun "Twitter"də yazıb. 

O bildirib ki, hadisədə əli olan şəxslər tapılacaq və cəzalandırılacaqlar: 

“Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Onların dərdini, kədərini bölüşürəm”. 
Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıblar.

Bizim.Media



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin