Türk polisi İstanbulda bomba qoyan QADINI SAXLADI - VİDEO

Hazırda oxunan: Türk polisi İstanbulda bomba qoyan QADINI SAXLADI - VİDEO

104166

“Dünən İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumda 6 vətəndaşımız həyatını itirib, 81 nəfər yaralanıb”.

Bizim.Media “haberler.com”a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO


Onun sözlərinə görə, bombanı atan şəxs İstanbul polisi tərəfindən saxlanılıb:

“Bu teraktı həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Mesajlarını aldıq. Narahat olmayın, biz daha ağır cavab verəcəyik”.

Ötən gün saat 16.20 radələrində Beyoğlu səmtinin İstiqlal küçəsində şiddətli partlayış baş verib. Partlayışdan sonra polis qrupları İstiqlal prospektini boşaldıb və Taksim Məscidi bağlanıb.

6 NƏFƏR ÖLÜB, 81 YARALI VAR

Səhiyyə naziri Fahrettin Koca partlayışla bağlı son məlumatları verib və 6 nəfərin öldüyünü təsdiqləyib.  

Nazir Twitter hesabında belə paylaşım edib: "İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 39-u müalicəsi tamamlandıqdan sonra evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 42 xəstədən 5-i hələ də reanimasiyadadır, 2-nin vəziyyəti isə ağırdır. Yaralıların ən qısa zamanda sağlamlıqlarına qovuşması üçün əlimizdən gələni edirik”.

Daxili işlər naziri Süleyman Soylu əmrin Kobanidən gəldiyini deyib: “Bombanı atan şəxs Afrindən keçərək ölkəmizə daxil olub. Tutulan qadından öncə daha 21 nəfər saxlanılıb”.

ÖLƏNLƏRİN ŞƏXSİYYƏTİ AÇIQLANIB

Süleyman Soylu bildirib ki, 1984-cü ildə İstanbulda anadan olan Arzu Özsoy və onun 2007-ci ildə Ereğlidə doğulan qızı Yağmur Uçar, 1988-ci ildə Paluda dünyaya gələn Yusuf Meydan, 2013-cü ildə Seyhanda doğulan Ecrin Meydan, 1982-ci ildə Gümüşhanedə anadan olan Adem Topkara və onun 1995-ci ildə Rizədə doğulan həyat yoldaşı Mukaddes Elif Topkara həyatını itirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin