“İstanbulda günahsız mülki şəxsləri hədəf alan alçaq bomba partlayışı xəbərindən sarsıldım”.
Bizim.Media xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq tviter hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO
“İsrail xalqı adından türk dostlarımıza və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünya terrora qarşı birləşməli və möhkəm dayanmalıdır”, - İsrail prezidenti sosial şəbəkə hesabında qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.
Bizim.Media