8 dollar ödəyərək Maskı öz şirkəti ilə TROLLADILAR - FOTO 

Hazırda oxunan: 8 dollar ödəyərək Maskı öz şirkəti ilə TROLLADILAR - FOTO 

104017

Xəbər verdiyimiz kimi ötən ay 44 milyard dollar məbləğinə “Twitter” sosial platformasına sahib olan İlon Mask şəbəkədə “mavi tık” üçün aylıq 8 dollar ödəniş tələbi qaldırıb.

Bizim.Media xəbər verir ki, buna narazı olan bir qrup “Twitter” istifadəçiləri amerikalı milyarderi öz şirkəti ilə trollayıblar.

Belə ki, onlar “Twitter”də “Tesla” adından hesab açaraq “mavi tık” alıb maraqlı paylaşım ediblər.

“Son dəqiqə: “ikinci Tesla” Dünya Ticarət Mərkəzini vurdu”,-deyə paylaşımda qeyd edilib.

Bu paylaşımdan sonra “mavi tık” satışının dayandırıldığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin