Türkiyə Müdafiə Nazirliyi taxıl sazişi bərpa olunduqdan indiyədək Ukraynaya taxıl mübadiləsini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin rəsmi “Twitter“ hesabında məlumat verilib:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişini bərpa etdikdən sonra ümumilikdə Ukrayna limanına 51 gəmi gedib. 21 gəmi limandan çıxış edib. Bu günə qədər daşınan taxıl miqdarı isə 10 milyon 315 min tonu keçib”, – deyə məlumatda qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
“Taxıl sazişi bitir, onu yeniləmək lazımdır” - ÇAVUŞOĞLU
Qeyd edək ki, Qara dənizdə Rusiyaya məxsus gəmilərin partladılmasından ölkə taxıl sazişindən kənarlaşdığını açıqlayıb, lakin Türkiyənin səyləri nəticəsində noyabrın 2-də sazişi yenidən bərpa edib.
Bizim.Media