Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı SEÇİLDİ

Hazırda oxunan: Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı SEÇİLDİ

103971

Ukraynanın Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib. 

Bizim.Media "TASS" a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının nümayəndəsi Aleksandr Fomin bildirib.

Buna səbəb kimi əsas dövlət orqanlarının həmin şəhərdə yerləşməsi göstərilib. 

Rusiya Silahlı Qüvvələri bu ilin 27 fevralında Qeniçesk şəhərini nəzarətə götürmüşdü. Bu şəhər Azov dənizi sahilində yerləşir, dəniz limanı və kurort kimi tanınır. 
Xatırladaq ki, noyabrın 9-da xüsusi hərbi əməliyyatlar keçirilən ərazinin komandanı Sergey Surovikinin təklifinə əsasən, Rusiya müdafiə naziri Sergey Şoyqu ordu birləşmələrinin Xerson vilayətində Dnepr çayının sağ sahilindən köçürülməsi əmrini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin