Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Hazırda oxunan: Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

103795
Misirin Sinay yarımadasında qəzaya uğrayan rus təyyarəsinin iki qara qutusu tapılıb.
 
Bu barədə Rusiyanın Nəqliyyat naziri Sergey Sokolov deyib.
 
“Təyyarənin iki qara qutusu tapıldı. Onlar kiçik zərər görüb. Təyyarənin terrorçular tərəfindən vurulması haqda məlumatlara inanmıram”x9d, - deyə Sokolov bildirib.
 
Rosaviasiyanin rəhbəri Aleksandr Neradko isə qəza ilə bağlı konkret məlumata sahib olmadıqlarını deyib:
 
“Qəzanın texniki qüsur yaxud pilot xətası səbəbindən baş verməsi haqda dəqiq məlumatlarımız yoxdur. Terrorçular tərəfindən vurulması fikri də inandırıcı görünmür. Yalnız araşdırmalardan sonra yekun nəticə əldə olunacaq”x9d.
 
Qeyd edək ki, indiyə qədər 150 meyit təyyarə qalıqları arasından çıxarılaraq Qahirədəki morqa aparılıb. Ölənlərdən DNA testləri götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin