Ukrayna Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına QOŞULDU 

Hazırda oxunan: Ukrayna Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına QOŞULDU 

103703

Ukrayna Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) təsis sənədinə - Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə qoşulub. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kunq Phoak deyib. 

Dövlət katibi bildirib ki, ASEAN və onun dialoq üzrə tərəfdaşları arasında münasibətləri tənzimləyən sənədi Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ASEAN ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə imzalayıb. 
Noyabrın 8-dən start götürən ASEAN-ın 40-cı və 41-ci sammitləri və bununla əlaqədar konfranslar Kambocanın paytaxtında keçirilir. Sammit noyabrın 13-də yekunlaşacaq. 

Qeyd edək ki, ASEAN 1967-ci ildə yaradılıb və bu gün Cənub-Şərqi Asiyanın on ölkəsini - Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini əhatə edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin