İsrailin müdafiə naziri Benni Qants bildirib ki, İsrail İrana hərbi hücum etmək imkanına malikdir.
Bu məlumatı "Middle East News" agentliyi yayıb.
"Belə bir addım atmaq üçün lazımi planlar hazırlanıb, lakin, məsələ diqqətlə nəzərdən keçirilməlidir" - deyə nazir qeyd edib.
Qeyd edək ki, bir neçə gün bundan qabaq ABŞ Prezidenti Co Bayden də İranla bağlı danışarkən ölkənin molla rejimindən azad olunacağı mesajını vermişdi.
Habelə, İranın Rusiyaya raketlər, PUA-lar verməsi də Qərbin Tehrana qarşı ritorikasının artmasına səbəb olub. Aydın məsələdir ki, İrana hücum olsa, Ermənistan öz ərazisini ABŞ qoşunlarının üzərinə açacaq. İran rejiminin qardaş ölkə saydığı ermənilər, Paşinyan birmənalı olaraq buna gedəcək.
Bu fonda İrana hücum gözləniləndirmi? Bunu kim edəcək?
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasovun fikrincə, İranla müharibənin başlanması ehtimalı yüksək deyil:
“Bu böyük fəlakətə səbəb ola bilər. İrana hücum olsaydı çoxdan olardı. İran İsrail sərhədinə yaxın ərazilərdə özünə bağlı “Hizbullah”, “Həmas” kimi raketlərlə təchiz edilən qrupları maliyyələşdirir. İsrailin bu istəyi gerçəkləşdirməsi çox ağrılı proses olacaq. İran da yerində dinc oturmur. Məlumatına görə İranla İsrail arasında barışıq üzrə işləyən qruplar da var. Onlar həm İran yəhudiləri, həm də İsraildə yaşayan İrandan gəlmə yəhudilərdir. Hansı ki, İranlı yəhudilər İsraildə kifayət qədər güclü mövqeyə malikdir. İrandakı yəhudi icması isə müsəlman ölkələri sırasında ən çoxsaylı və zəngin yəhudilərdir. Bu iki icma müharibənin olmasını istəmir. Sadəcə indiki halda, tərəflər bir-birinə psixoloji təsir göstərməyə çalışır. Ona görə də ara-sıra bu kimi fikirlər səsləndirirlər. Proses soyuq müharibədən o yana keçməyəcək”.
Politoloq qeyd edir ki, amma müharibə olarsa, Ermənistan birmənalı şəkildə öz ərazisini ABŞ-ın ixtiyarına verəcək, belə bir plan işlənilir:
“Müharibəni istəyən qüvvələr də var. Onun baş verməsində İranın qucaq açdığı Ermənistan xüsusən canfəşanlıq göstərir. Müharibə başlayarsa, sürüşkən mövqedə olan Ermənistan öz ərazisindən birmənalı şəkildə Qərbə dəhliz verəcək. Onlar riyakarcasına guya İranla yaxınlıq edir. Tehran erməni cəsus şəbəkəsindən İsrailə qarşı istifadə edir. Amma iranlılar bilməlidir ki, erməni cəsusları hər zaman ikili, üçlü agent olaraq, hamını bir-birinə satmaqla məşğuldurlar”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 11.11.2022
İrana hücum Ermənistan üzərindən olacaq – ABŞ-ın belə PLANI VAR
Hazırda oxunan: İrana hücum Ermənistan üzərindən olacaq – ABŞ-ın belə PLANI VAR
Hazırda oxunan: İrana hücum Ermənistan üzərindən olacaq – ABŞ-ın belə PLANI VAR
103669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.