Ukraynada 100.000 rus əsgəri öldürülüb və yaralanıb - ABŞ Baş Qərargahı

Hazırda oxunan: Ukraynada 100.000 rus əsgəri öldürülüb və yaralanıb - ABŞ Baş Qərargahı

103603

Rusiyanın Ukraynada 100 mindən çox əsgəri həlak olub və yaralanıb.

Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri və general Mark Milli deyib.

Pentaqonun məlumatına görə, Ukrayna silahlı qüvvələri də müharibə başlayandan bəri təxminən eyni itkilərə məruz qalıb.

General Moskva ilə Kiyev arasında danışıqların nəzəri cəhətdən mümkün olduğunu bildirib. 

"Danışıqlar aparmaq, sülhə nail olmaq mümkün yarananda bu anı dəyərləndirmək lazımdır”, deyə Mark Milli qeyd edib.

Yüksək rütbəli hərbçinin sözlərinə görə, ilkin kəşfiyyat məlumatları göstərir ki, Rusiya Xersondan geri çəkilməsini başa çatdırır, ancaq bu, bir qədər vaxt aparacaq.

Hazırda həmin bölgədə 20-30 min rus hərbçisinin olduğunu təxmin edən Milli "Bu qüvvələri çayın cənubundan çıxarmaq üçün ruslara bir neçə gün və hətta həftə lazımdır" deyib.
Milli vurğulayıb ki, münaqişə nəticəsində 15-30 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb. Onun hesablamalarına görə, ölkədə daha 40 min dinc sakin həlak olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin