Rəsmi Vaşinqton Myanmanın hakim “Demokratiya Uğrunda Milli Liqa” partiyasının lideri Aun San Su Çjinin tutulmasından narahatlığını dilə gətirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ağ Evin sözçüsü Jen Psaki yayıb.
ABŞ dövlət katibi Entoni Bliken də ordunun hərəkətlərini qınayıb.
"Biz Birmanın demokratik qurumlarına dəstəyimizi bildiririk və yerli tərəfdaşlarımızla əməkdaşlıq edərək hərbçiləri demokratiya və qanunun aliliyinə riayət etməyə və məhbusları azadlığa buraxmağa çağırırıq". Bəyanatda belə deyilib.
Çevriliş zamanı Myanma hərbçiləri tərəfindən tutulanlar arasında təkcə ölkənin siyasi rəhbərliyi deyil, prezidentə yaxın regional liderlər, habelə tələbə hərəkatlarının və yerli partiyaların liderləri var.
***
Myanmada çevriliş həyata keçirən hərbçilər respublikanın vitse-prezidenti Myint Şveni dövlət başçısı vəzifəsinə təyin ediblər.
Ölkədə bütün hakimiyyət silahlı qüvvələrinin baş komandanı, baş general Min Aun Xlaynın əlinə keçib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı internet xəbər portalı Irrawaddy yayıb.
Çevriliş təşkilatçıları müvəqqəti prezidentin təyin edilməsini Myanmanın 2008-ci il konstitusiyasının 418-ci maddəsi ilə əsaslandırırlar.
Bundan əvvəl ölkə prezidenti Vin Myin və hakim “Demokratiya Uğrunda Milli Liqa” partiyasının rəhbəri, eyni zamanda dövlət müşaviri (baş nazir) kimi fəaliyyət göstərən Aun San Su Çjinin Myanmada saxlanıldığı bildirilmişdi.
İndi ölkə paytaxtında telefon şəbəkəsi və internet işləmir.
***
Myanmanın hakim partiyasının sözçüsü jurnalistlərə açıqlamasında naməlum şəxslərin prezident Vin Myini və eyni zamanda Myanmanın dövlət müşaviri, əslində ölkənin baş naziri olan Aun San Su Çjini tutduqlarını söyləyib.
Bizim.Media xəbər verir ki, informasiyanı Rusiya mediası yazıb.
"Prezident Vin Myin və hakim “Demokratiya Uğrunda Milli Liqa” partiyasının digər yüksək səviyyəli nümayəndələri 1 fevral səhəri erkən bir qrup naməlum şəxs tərəfindən ələ keçirilib" deyən partiya sözçüsü Myanma xalqını "tələsik reaksiya verməməyə və hərəkətə keçməməyə çağırıb".
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:31 / 01.02.2021
ABŞ Myanma hərbçilərinə səsləndi: “Saxlanılan məmurları sərbəst buraxın” - YENİLƏNİB
Hazırda oxunan: ABŞ Myanma hərbçilərinə səsləndi: “Saxlanılan məmurları sərbəst buraxın” - YENİLƏNİB
Hazırda oxunan: ABŞ Myanma hərbçilərinə səsləndi: “Saxlanılan məmurları sərbəst buraxın” - YENİLƏNİB
10359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.