“Ukraynanın cənubunda Silahlı Qüvvələrimiz ehtiyatla hərəkət edir ki, əks-hücum ən az itki ilə keçsin, çünki Rusiya döyüşsüz mövqelərini əldən vermək niyyətində deyil”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib.
“İndi Donetsk vilayətində ən böyük qarşıdurma var... Biz ayaq üstəyik, heç nəyi təslim etmirik... Cənubda tədricən irəliləyirik, mövqelərimizi addım-addım gücləndiririk. Bu gün informasiya məkanında böyük sevinc var və bunun səbəbi aydındır. Amma bizim emosiyalarımız təmkinli olmalıdır. Mən əməliyyatlarımızın bütün təfərrüatları ilə düşməni qətiyyən qidalandırmayacağam. İstər cənubda olsun, istər şərqdə, istər başqa yerdə. Nəticəmiz olanda bunu mütləq hamı görəcək. Bəlkə də indi kiminsə gözlədiyi kimi səslənmir. Başa düşmək lazımdır ki, heç kim gücü hiss etməsə, heç bir yerdən getmir. Düşmən bizə hədiyyə vermir, “xoş niyyət jestləri” etmir. Biz əraziləri özümüz geri qaytarırıq”. Ukrayna mətbuatı prezidentin sözlərindən sitat gətirib.
Zelenski vurğulayıb ki, torpaqların işğaldan azad edilməsi düşmənin müqavimətinə səbəb olur və bu, Ukrayna əsgərlərinin həyatını itirməsi ilə nəticələnir:
“Buna görə də Silahlı Qüvvələrimiz bütün Ukrayna torpaqlarını işğaldan azad etmək üçün çox ehtiyatla ən az itkilər verərək hərəkət edir".
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:53 / 10.11.2022
Zelenski rusların Xersondan çəkilməsi HAQDA: “Gücü hiss etməsələr, getməzlər”
Hazırda oxunan: Zelenski rusların Xersondan çəkilməsi HAQDA: “Gücü hiss etməsələr, getməzlər”
Hazırda oxunan: Zelenski rusların Xersondan çəkilməsi HAQDA: “Gücü hiss etməsələr, getməzlər”
103532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.