İsrail Prezidenti yeni hökumət üçün partiyalarla məsləhətləşmələrə başlayıb

Hazırda oxunan: İsrail Prezidenti yeni hökumət üçün partiyalarla məsləhətləşmələrə başlayıb

103519

İsrail Prezidenti İsaak Hersoq yeni hökumətin qurulması ilə bağlı partiyalarla məsləhətləşmələrə başlayıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, məsləhətləşmələr Prezident ofisində keçirilir. Hersoq yeni parlamentdə ən çox yer qazanmış keçmiş baş nazir Benyamin Netanyahunun "Likud" partiyasının nümayəndələrini ilk qəbul edən şəxs olub. 

Günün sonunda o, daha üç partiyanın nümayəndələri ilə görüşlər keçirəcək. 

Məsləhətləşmələr üç gün davam edəcək. 

Qeyd edək ki, noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin