Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölkəsinin ağır durumda olduğunu etiraf edib
Bizim.Media xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında ordudakı durum barədə danışarkən könüllülərə ehtiyac yarandığını qeyd edib.
Ovanisyan deyib: “Hazırda yük könüllülərin üzərinə düşmür. Amma könüllülərə ehtiyac yaranıb”.
Ovanisyan baş nazir Nikol Paşinyanın xalqın könüllü dəstələr yaratması ilə bağlı çağırışına da toxunub: “Hazırda əsas ağırlıq "nizamlı ordu"nun üzərindədir. Amma könüllülər çoxalsa, uğurlar daha çox olar”.
Xatırladaq ki, dünən Ermənistanın baş naziri dövlət strukturları və yerli özünüidarə orqanlarının rəhbərlərindən könüllü dəstələrin yaradılmasını xahiş edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:40 / 22.10.2020
Ermənistan Müdafiə Nazirliyi ordudan ümidini üzdü
Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyi ordudan ümidini üzdü
Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyi ordudan ümidini üzdü
1033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.