Ukrayna yeni An-225 “Mriya” reaktiv təyyarəsinin inşasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Antonov” Dövlət Müəssisəsi məlumat yayıb.
Bildirilib ki, yeni "Mriya"nın artıq 30% hissəsi hazırdır. İkinci An-225 həm yeni hissələr, həm də zədələnmiş təyyarənin hissələri ilə təmin ediləcək.
“Antonov” Dövlət Müəssisəsinin baş direktoru Yevgeni Qavrilovun sözlərinə görə, iş gizli ərazidə aparılır.
Qavrilov bildirib ki, quruculuq işinin dəyəri 500 milyon avro dəyərində qiymətləndirilir. Məbləğ Antonova aviaşirkətinin müvəqqəti yerləşdiyi və An-225-in tez-tez uçduğu Leypsiq (Halle) Beynəlxalq Hava Limanı tərəfindən təmin ediləcək.
Qeyd edək ki, əfsanəvi “Mriya” təyyarəsi Ukrayna-Rusiya müharibəsinin ilk günlərində məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:42 / 07.11.2022
Ukraynada əfsanəvi “Mriya” reaktiv təyyarəsi yenidən HAZIRLANIR
Hazırda oxunan: Ukraynada əfsanəvi “Mriya” reaktiv təyyarəsi yenidən HAZIRLANIR
Hazırda oxunan: Ukraynada əfsanəvi “Mriya” reaktiv təyyarəsi yenidən HAZIRLANIR
103246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.