“Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Kreml ən vacib işi görməli - qoşunlarını ərazimizdən çıxarmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün “Twitter” hesabında yazıb.
“Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz açıq-aydındır: Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. Sonra isə qalan şeylər”, - deyə Podolyak qeyd edib.
Prezident Ofisi rəsmisinin sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir.
“Rusiya Prezidenti Vladimir Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq”,- deyə o bildirib.
Bizim.Media
Important: Ukraine has never refused to negotiate. Our negotiating position is known and open.
— Михайло Подоляк (@Podolyak_M) November 7, 2022
1. First, RF withdraws troops from ??
2.After everything else
Is Putin ready? Obviously not. Therefore, we are constructive in our assessment: we will talk with the next leader of RF.