Avropada “peyvənd” müharibəsi başlayıb

Hazırda oxunan: Avropada “peyvənd” müharibəsi başlayıb

10316

İngiltərə və Avropa Birliyi arasında yeni növ koronavirus (COVID-19) peyvəndləri ilə bağlı mübahisələr davam edir. İngiltərə hökuməti AstraZeneca peyvəndlərinin Avropa Birliyi ölkələrinə göndərilməyəcəyini açıqlayıb. Səbəb kimi isə Avropa Birliyinin şirkəti ixrac qadağaları ilə təhdid etməsi göstərilir.

AstraZeneca və Oxford Universiteti tərəfindən hazırlanmış COVID-19 peyvəndinin, bu həftə təsdiq olunmasından sonra Avropa Birliyi ölkələrinə göndərilməsi gözlənilirdi.

 

MÖVZU İLƏ BAĞLI:

Dünyada ən çox peyvənd tətbiq edən ölkələrdən biri Türkiyə oldu

Koronavirus peyvəndindən Almaniyada 10, Norveçdə 23 nəfər ölüb


Lakin həftənin əvvəlində AstraZeneca ilin ilk rübü üçün Avropa Birliyinə tədarükünü 60% azaldacağını açıqladı. Şirkət bu qərarı Avropada fəaliyyət göstərən müəssisələrinin azlığı ilə izah edir. Avropa Birliyi isə İngiltərədəki fabriklərdən peyvəndin gətirilməsində israr edirdi. Bu gün İngiltərə hökümətinin qərarı ilə İngiltərədə yerləşən fabriklərdən Avropa Birliyi ölkələrinə peyvənd göndərilməyəcəyi aydın olub.

Bu qərarın Avropa Birliyinin daha əvvəl peyvəndlərin ixracı ilə bağlı isə şirkətlərə qoyduğu qadağaya cavab olaraq verildiyi bildirilir. 

Xatırladaq ki, bir müddət əvvəl Avropa Birliyi müqavilə imzaladığı şirkətlər olan BioNTech-Pfizer, AstraZeneca, Sanofi-GSK, Johnson və Johnson, CureVac və Moderna şirkətlərinin müəssisələrində istehsal olunan peyvəndlərin başqa ölkələrə icazəsiz satıla bilməyəcəyini açıqlamışdı.

Bu müqavilələrə əsasən adı çəkilən şirkətlər Avropa daxilində istehsal etdikləri peyvəndləri Avropa Birliyindən başqa digər ölkələrə ancaq xüsusi icazə ilə sata biləcəklər. Bu dolayısı ilə peyvəndlərin İngiltərə satışına qadağa qoyulması deməkdir.

Müzakirələrə İngiltərə Anglikan Kilsəsi də qoşulub. Kilsənin baş yepiskopu Welby Avropa Birliyinin koronavirus peyvəndinin ixracına nəzarət edərək xristian dəyərlərinə qarşı çıxmaqda günahlandırıb.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin