İstanbulda içkidən zəhərlənmə: çox sayda ölən var

Hazırda oxunan: İstanbulda içkidən zəhərlənmə: çox sayda ölən var

103156
Türkiyədə alkoqollu içkidən kütləvi zəhərlənmə hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, İstanbul şəhərinin Fatih rayonunda baş vermiş hadisə zamanı ən azı 8 nəfər ölüb, çox sayda insan isə xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib.xa0

Son 3 gün ərzində çox sayda insan huşunu itirmək, şiddətli qarın ağrısı, qusma və gözün görməməsi şikayəti ilə xəstəxanalara müraciət edib. Bundan sonra polis bölgədə araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində bəzi şəxslərin ucuz qiymətə alkoqollu içki satdığı, səhhətində problem yarananların da həmin içkidən istifadə etdikləri məlum olub.xa0


Faktla bağlı araşdırmalara başlayan polis 7 şübhəlini saxlayıb. Şübhəlilərin dindirilməsi cinayət şöbəsində davam edir. Onlardan müsadirə olunan içki nümunələri araşdırılmaq üçün məhkəmə tibbi ekspertizasına göndərilib.xa0

Xəstəxanalarda müalicəsi davam edən və vəziyyəti ağır olanlar olduğunu bildirən polis rəsmiləri ölü sayının çoxalacağını istisna etməyib.xa0


Faktla bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada vəziyyəti ağır olanlar olduğu bildirilir: “İstanbul şəhərində oktyabrın 18-dən bu yana xəstəxanalarımıza oxşar faktla müraciət edən 47 nəfərin alkoqoldan zəhərləndiyi aşkarlanıb və təəssüf ki, onlardan 8 nəfəri dünyasını dəyişib. Xəstələrdən 5 nəfəri öz istəyi ilə xəstəxananı tərk edib, 18 nəfər isə müalicəsi başa çataraq evə buraxılıblar. 23 xəstənin isə müalicəsi davam etməkdədir. Onlardan 7 nəfərin həyati təhlükəsi var.xa0

Zəhərlənmə hadisələrinin öyrənilməsi üçün yatan xəstələrdən götürülən nümunələr araşdırılmaq üçün əlaqədar laboratoriyalara göndərilmişdir. Bundan başqa İstanbul Səhiyyə İdarəsində yaradılan böhran mərkəzi hadisələrin gedişini təqib edərək polisə məlumat verməkdədir. Xəstələrin qohumlarına da mütəmadi olaraq məlumatlar verilir. Hadisələrin gedişinə görə ictimaiyyətə açıqlama veriləcək.”x9d ”“ deyə Səhiyyə İdarəsinin açıqlamasında bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin