Venesiyanın məşhur San Marko meydanı su altında qaldı - FOTO

Hazırda oxunan: Venesiyanın məşhur San Marko meydanı su altında qaldı - FOTO

103140

İtaliyanın Venesiya şəhərindəki məşhur San Marko meydanı su altında qalıb.

Bizim.Media xəbər verir ki, buna səbəb aramsız yağan yağışlar olub.

Meydandakı bəzi restoranları və mağazaları su basıb. Bölgədə aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Venesiyada daşqınlar adətən payız və qış aylarında qeydə alınır.

2019-cu ilin noyabrında intensiv yağışlar nəticəsində baş verən güclü daşqınlar şəhəri iflic etmiş, tarixi abidələr su altında qalmış və yüz milyonlarla avro ziyana səbəb olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin