Ukrayna lideri Vladimir Zelenskinin başı böyük siyasətə qarışarkən, onun valideynləri təcili olaraq başqa ölkəyə gedib və yeni vətəndaşlıq alıblar.
Bizim.Media Kp.ru-ya istinadən xəbər verir ki, ingilis xüsusi təyinatlıları Aleksandr Semenoviç və Rimma Vladimirovnanın təhlükəsizliyinə cavabdehdirlər. Onlar çox varlı "yeni israillilərin" əhatəsində yaşayırlar.
Zelenski cütlüyü Rişpon şəhərindəki bağ evində məskunlaşıb. Üzgüçülük hovuzu və mühafizə üçün ayrıca evi olan malikanənin qiyməti səkkiz milyon dollar qiymətləndirilir.
“4 cangüdən yaşlı Zelenski cütlüyünün əmin-amanlığını qoruyur. Ayda minlərlə funt-sterlinq təhlükəsizlik şirkətinin xidmətləri və iki zirehli Lexus avtomobili üçün xərclənir. İqor Kolomoyski və Gennadi Boqolyubovun qohumları Ukrayna prezidentinin valideynləri ilə qonşu olublar, Mixail Proxorov da yaxınlıqda məskunlaşıb”, - məlumatda deyilir.
Bəllidir ki, Zelenskinin atası ikinci vətəndaşlığa qarşı olub, lakin şərait onu məcbur edib və baş verənlərlə barışıb.
Daşınmaz əmlak və lüks avtomobillər almaq üçün yeni sənədlərdən istifadə edilib. Eyni zamanda, İsrail mediası ölkənin yeni vətəndaşları haqda xəbəri şərh etməyib. Ehtimal olunur ki, bu, Ukrayna liderinə zərər verə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:46 / 06.11.2022
Zelenskinin valideynləri kimdir və harada yaşayırlar? - FOTO
Hazırda oxunan: Zelenskinin valideynləri kimdir və harada yaşayırlar? - FOTO
Hazırda oxunan: Zelenskinin valideynləri kimdir və harada yaşayırlar? - FOTO
103110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.