Bizim.Media CNN-in Honkonq bürosuna istinadən xəbər verir ki, gələn ay Avstraliya, Hindistan, Yaponiya və ABŞ-ın iştirakı ilə Hind okeanında Malabar hərbi dəniz təlimləri keçiriləcək. ABŞ 1992-ci ildən etibarən region dövlətləri ilə mümkün hər hansı kənar təhdidə qarşı birgə təlimlər keçirir. Lakin ilk dəfə təlimlər bu qədər geniş miqyasda və 4 ölkənin iştirakı ilə baş tutacaq.
ABŞ, Avstraliya, Hindistan və Yaponiya strateji əməkdaşlıq və məlumat mübadiləsi məqsədi ilə 2007-ci ildə “Dördlük” strateji forumunu yaradıblar. İlk vaxtlar forumun fəaliyyət istiqamətləri içərisində hərbi məqsədlər yer almırdı. Ancaq hərbi dəniz təlimləri foruma üzv ölkələrin hərbi əməkdaşlıq istiqamətlərini də ortaya qoyur.
Analitiklər hərbi təşkilat olmadığı halda Dördlük forumunun Çinin bölgədə artan təsirinə qarşı cavab olaraq yaradıldığını qeyd edirlər. Rəsmi Pekin isə təlimləri daha çox Çinin bölgədə blokadaya alınması olaraq qiymətləndirir. Xatırladaq ki, Çinin oxşar təlimlərdə iştirakla bağlı 2007-ci ildə Avstraliya ilə münasibətləri gərginləşmişdi. Bu dəfəki təlimlərin də foruma üzv ölkələrlə Çin arasındakı münasibətləri daha da gərginləşdirəcəyi ehtimal olunur.
Rəvan Əliyev, Bizim Media
- A-
- A
- A+
Dünya
10:23 / 22.10.2020
Uzaq Şərqdə gərginlik daha da artır
Hazırda oxunan: Uzaq Şərqdə gərginlik daha da artır
Hazırda oxunan: Uzaq Şərqdə gərginlik daha da artır
1031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.