Boris Consonun oktyabr ayında Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının rəhbəri və baş nazir seçkilərində namizədliyini niyə geri götürdüyünün səbəbi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Observer” qəzeti məlumat yayıb.
Mənbə yazır ki, o, il ərzində ictimai çıxışlardan və xatirə kitabının satışından 10 milyon funt-sterlinq (11,3 milyon dollar) itirməmək üçün bu addımı atıb.
Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak oktyabrın 24-də yeganə rəqibi Penni Mordaunt yarışdan geri çəkildikdən sonra ölkənin növbəti baş naziri olub.
Bundan əvvəl keçmiş baş nazir Boris Conson Mühafizəkarlar Partiyasının lideri və Britaniyanın baş naziri postlarına namizəd olmayacağını açıqlamışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:15 / 06.11.2022
Consonun baş nazirliyə namizədliyini niyə geri götürdüyü AÇIQLANDI
Hazırda oxunan: Consonun baş nazirliyə namizədliyini niyə geri götürdüyü AÇIQLANDI
Hazırda oxunan: Consonun baş nazirliyə namizədliyini niyə geri götürdüyü AÇIQLANDI
103095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.