Koreya Respublikasının səfiri Qəbələdə oldu - FOTO

Hazırda oxunan: Koreya Respublikasının səfiri Qəbələdə oldu - FOTO

103043

Koreya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq Qəbələ rayonunun Nic qəsəbəsində  olub. 

Bizim.Media-ya bu barədə Alban-udi xristan dini icmasının rəhbəri Robet Mobili danışıb.

Koreya səfiri qəsəbədə yerləşən dini və milli ocağları ziyarət edib. Cotari və Məryəm ana kilsələri ilə tanış olan səfirə bu dini ocaqlar haqda ətraflı məlumat verilib. Səfir Li İn-Yonq həmçinin Nic qəsəbəsində Udi ocaqları mədəniyyət mərkəzində yaradılan şəraitlə tanış olub.

Burada ona ölkəmizin multikultural, çoxkonfessiyalı mühit, Azərbaycanda xristianlığın, Alban-udi xristian dininin tarixi və bu günü haqda danışılıb.

Koreya səfirinə Alban kilsə quruluşu, tərtibatı, xristian simvolların və təsfirlərin mənası haqda məlumat verilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin