Gərginlik pik həddə: ABŞ hərbi gəmiləri Qara dənizə daxil olub

Hazırda oxunan: Gərginlik pik həddə: ABŞ hərbi gəmiləri Qara dənizə daxil olub

10303

Bizim.Media xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi dünən öz rəsmi tvitter hesabında Qara dənizdəki təlimlərlə bağlı paylaşım edib. Səfirliyin paylaşımında diqqət çəkən məqam isə Gürcüstan, Ukrayna, Türkiyə və Rumuniya bayraqlarından istifadə olunmasıdır. Paylaşımda ABŞ hərbi gəmilərinin Qara dənizə gəlməsini “Müttəfiqlərimizə dəstək üçün” olduğu qeyd olunub.

Xatırladaq ki, 25 yanvar tarixində ABŞ-ın “USS Donald Cooks” hərbi gəmisi Qara dənizə daxil olub. Hərbi gəmi “Aegis” tipli ballistik raketlərdən müdafiə və 2500 km uçuş mənzilinə malik “Tomahavk” tipli raket sistemləri ilə təchiz olunub. Səfirliyin paylaşımında yaxın günlərdə “USS Porter” hərbi gəmisinin və “Awacs” kəşfiyyat təyyarələrinin də bölgəyə cəlb olunacağı qeyd olunub.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ kəşfiyyatı Rusiyanın gizli silahını ələ keçirdi


Rəsmi Moskva isə ABŞ-ın bu həmləsinə qarşı dərhal reaksiya verib. Belə ki, “Admiral Makarov” hərbi gəmisi Qara dənizə çıxarılıb. Gəmi ilə yanaşı Su-24 və Su-30 qırıcı təyyarələri də Qara dəniz üzərində müşahidə fəaliyyətlərini genişləndiriblər. Rusiya Kırımın sahilyanı bölgələrində hərbi gəmilərə qarşı istifadə olunan “Bastion” müdafiə sistemlərini yerləşdirib.

“Admiral Makarov” və “Bastion” müdafiə sistemlərinin yer aldığı hərbi təlimlərin ABŞ hərbi gəmilərinin hücumlarına qarşı fəaliyyəti simulyasiya etdikləri bildirilir.

Analitiklərin fikrincə, ABŞ hərbi gəmilərinin Qara dənizdəki fəaliyyəti bölgədəki gərginliyi daha da artıracaq. ABŞ-ın yeni həmləsi Bayden administrasiyasının bölgədəki müttəfiqləri ilə daha yaxın münasibətlər quracağının xəbərçisidir. Əvvəlki illərlə müqayisədə ABŞ-ın Qara dənizdəki hərbi varlığını artıracağı nəzərə çarpır.

Bu isə Rusiya ilə mümkün toqquşma ehtimalını daha da gücləndirir. Rusiya tərəfi isə bölgədə Qara dənizə çıxışı olmayan ölkələrin hərbi qüvvələrinin yer almasını uyğunsuz hesab edir və bunun bölgədəki sabitliyə zərər verəcəyini qeyd edir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin