“Fransa Senatının qərarı “Total” şirkətini Azərbaycandan çıxara bilər” - EKSPERT

Hazırda oxunan: “Fransa Senatının qərarı “Total” şirkətini Azərbaycandan çıxara bilər” - EKSPERT

102798

Məlumatlara görə, Fransa Senatı noyabrın 15-də Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsini müzakirə edəcək. Sanksiyaların əsasən Fransanın da üzv olduğu Avropa Birliyi ölkələrinin möhtac qaldığı Azərbaycanın enerji sektoruna yönələcəyi ehtimal olunur. 

Bu fonda politoloq Natiq Miri bildirir ki, Paris həmin qərarı verəcəyi təqdirdə, ona cavab olaraq Azərbaycan da Fransanın “Total” şirkətinin ölkəmizdəki fəaliyyətinin dayandırılmasını tələb edə bilər: 
“Abşeron yatağının istismarında Fransanın “Total” şirkəti də iştirak edir. Onlar burada 50 faiz paya malikdirlər. Fransa Senatı tərəfindən Azərbaycan əleyhinə yönəlik qətnamə çıxarılacaqsa, “Total”ın ölkəmizdə nə işi var? Belə vəziyyətdə dərhal “Total” şirkətilə münasibətlər sistemi də müzakirə predmeti olunmalı və onunla bağlanan müqavilə ləğv olunmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin