Türkiyənin İzmir şəhərinin Buca rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
Bizim.Media “trthaber”ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər yaralanıb.
Məlumatda bildirilib ki, onların yaralanmasına səbəb yeraltı təkanlar zamanı həyəcanlanaraq özlərini binadan atmaları olub.
Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlama verərək insan itkisinin olmadığını, 3 nəfərin yaralandığını və 20-yə qədər binada çat yarandığını bildirib.
Bizim.Media
İzmir'in Buca ilçesinde 4,9 büyüklüğünde deprem meydana geldi. Deprem sonrası bölgedeki son durum @trthaber’de. //t.co/44tsf2BF4k pic.twitter.com/0MHaUXAko8
— TRT Haber Canlı (@trthabercanli) November 4, 2022