Avropada "cəhənnəm qış"ı gözlənilir - Serbiya Prezidenti     

Hazırda oxunan: Avropada "cəhənnəm qış"ı gözlənilir - Serbiya Prezidenti     

102706

Serbiya prezidenti Aleksandar Vuçiç bu qışın Avropada "cəhənnəm qış"ı olacağını ehtimal edir.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, o, bunu qaz təchizatı çatışmazlığı fonunda elektrik enerjisinin qiymətlərinin gözlənilən artımı ilə əlaqədar açıqladığı proqnozunda deyib.

Prezidentin sözlərinə görə, 7 gündən sonra Avropada soyuqlar gözlənilir və bundan sonra qaz ehtiyatları xərclənməyə başlayacaq.

Vuçiç qeyd edib ki, anbarlardan qaz ehtiyatları xərclənməyə başlayanda və əlavə tədarük olmadıqda, bu, dərhal elektrik enerjisinin qiymətinin bahalaşmasına təsir edəcək.  
Qeyd edək ki, oktyabrın əvvəlində Vuçiç Avropa Komissiyasının sədri Ursula fon der Leyendən enerji böhranı kontekstində yardım almaq üçün Balkan ölkələrini siyahıya salmağı xahiş edib.  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin