Rusiya və Britaniya arasında gərginlik - Moskva Londonu nə də ittiham edir?   

Hazırda oxunan: Rusiya və Britaniya arasında gərginlik - Moskva Londonu nə də ittiham edir?   

102698

Rəsmi Moskvanın iddialarına görə, Ukrayna qüvvələrinin Sevastopoldakı Qara dəniz donanmasının gəmilərinə hücumunu Kiyev tək təşkil etməyib.  

Bizim.Media "Russia Today"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.  

Rusiya XİN-nin sözçüsünün fikrincə, sözügedən əməliyyatda Ukraynaya Britaniya qüvvələri yardım edib.  

Bu, iddialar əsasında Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, britaniyalı diplomat yarım saatdan bir qədər çox Smolensk meydanındakı binada qalıb, bundan sonra jurnalistlərin suallarını cavablandırmayıb və avtomobili ilə ərazini tərk edib.  
Bronnerti eyni zamanda binanın girişi qarşısında “Britaniya terror ölkəsidir!” şüarları səsləndirən bir qrup etirazçı qarşılayıb.  

Zaxarova qeyd edib ki, Böyük Britaniya səfiri XİN-də “isti qarşılanıb”.  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin