Ukrayna ordusunun əks-hücum üçün resursu yoxdur – RƏSMİ

Hazırda oxunan: Ukrayna ordusunun əks-hücum üçün resursu yoxdur – RƏSMİ

102676

Ukrayna ordusunun Xarkov əməliyyatlarında hücum potensialı tükənib. 

Bizim.Media xəbər verir ki, bunu Latınina TV-yə müsahibəsində Ukrayna Prezident Aparatının ştatdankənar müşaviri Aleksey Arestoviç deyib.

"Hücum potensialımızı tükətmişik, çünki silahları özümüz istehsal etmirik, hər şeyi Qərb təmin edir. Biz resursları Xerson vilayətinin şimalını ələ keçirməyə, Xarkov əməliyyatına və Baxmuta bütün hücumların dəf edilməsinə sərf etmişik”, - deyə o, qeyd edib.

Aleksey Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda yenidən genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq üçün Qərb silahlarının ehtiyatına malik deyil:

“Resursları toplamaq üçün vaxt lazımdır. Topladıqdan sonra irəliləyişlər Xarkov istiqamətində daha sürətli olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin