Ağ Ev: "İran Ukrayna xalqının qətlində əlbirdir"

Hazırda oxunan: Ağ Ev: "İran Ukrayna xalqının qətlində əlbirdir"

102562

"Amerika İranın Rusiyaya ballistik raketlər göndərməsindən narahatdır".

Bizim.Media xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib.

İranın Rusiyaya raket və dronlar də daxil olmaqla, silah-sursat göndərməsinə toxunan Ağ Ev rəsmisi bəyan edib ki, Tehran Rusiyaya kamikadze pilotsuz təyyarələr verməklə ukraynalıların öldürülməsində Moskva ilə əlbirdir.

“İran rejimi rusları silahlandırmaqla günahsız ukraynalıların öldürülməsində iştirak edir və əslində Tehrandakı hakim rejim açıq şəkildə və həvəslə Ukrayna torpaqlarında günahsız vətəndaşların qətliamında rol oynayır" – deyə Kirbi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin