ABŞ-dan Moldovaya YARDIM - 50 milyon dollar 

Hazırda oxunan: ABŞ-dan Moldovaya YARDIM - 50 milyon dollar 

102543

ABŞ Moldovaya elektrik enerjisi almaq və enerji təhlükəsizliyini gücləndirmək üçün, təxminən, 50 milyon dollar maliyyə vəsaiti ayıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Kişinyovdakı ofisindən məlumat verilib. 

Bildirilib ki, USAID Moldova hakimiyyət orqanları ilə inkişaf məqsədləri ilə bağlı mövcud sazişə düzəlişin qəbulu üzərində işləyir. Bu, ABŞ büdcəsindən 30 milyon dollar vəsaitin elektrik enerjisi alışlarının dəyərini ödəmək üçün istifadə edilməsinə imkan verəcək. 
“Bundan başqa, respublikanın enerji təhlükəsizliyinin gücləndirilməsinə 19,5 milyon dollar vəsaitin yönəldilməsi nəzərdə tutulur”,-deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin