Azərbaycanla Britaniya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq edəcək

Hazırda oxunan: Azərbaycanla Britaniya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq edəcək

102512

Azərbaycanla Böyük Britaniya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı müzakirə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb.

Görüş zamanı Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin