Gürcüstanda adam oğurlayan iki azərbaycanlı saxlanıldı

Hazırda oxunan: Gürcüstanda adam oğurlayan iki azərbaycanlı saxlanıldı

102456
Cinayətkar dəstənin üzvləri arasında Azərbaycan vətəndaşları da olub.

Gürcüstan hüquq mühafizə orqanları Rusiyalı biznesmenlərin oğurlanmasında şübhəli bilinən 5 nəfəri saxlayıblar. Saxlanılanlar arasında azərbaycanlılar da var.

ANS PRESS-in Gürcüstan daxili işlər nazirliyinə istinadən verdiyi məlumatına görə, gürcüstanlılar və azərbaycanlılardan ibarət cinayətkar dəstə rusların sərbəst buraxılması üçün pul tələb ediblər.

Girov saxlanılan Rusiya vətəndaşları biznes fəaliyyəti ilə məşğul olan Üzeyir S. və Mahir A. Gürcastana qohumlarının toyuna gəliblərmiş.

Faktla bağlı Gürcüstan DİN-i iki Azərbaycan vətəndaşı ”“ 1976-cı il təvəllüdlü Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz H. və üç Gürcüstan vətəndaşı ”“ 1988-ci il təvəllüdlü Vladimir C., 1983- cü il təvəllüdlü Vüqar K. və 1988-ci il təvəllüdlü Roman Z.-ni saxlayıb.
Saxlanılan şəxslərin üzərindən 5700 ABŞ dolları həcmində məbləğ götürülüb. 

Dəstə üzvləri Gürcüstan cinayət məcəlləsinin “Qanunsuz azadlıqdan məhrum etmə”x9d maddəsi ilə ittiham olunurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin